İşıqforlarda yaranan texniki nasazlıqla bağlı MÜRACİƏT – FOTO/VİDEO

İşıqforlarda yaranan texniki nasazlıqla bağlı MÜRACİƏT – FOTO/VİDEO

Hazırda oxunan: İşıqforlarda yaranan texniki nasazlıqla bağlı MÜRACİƏT – FOTO/VİDEO

152175

Ötən gün Yasamal rayonu, Dadaş Bünyadzadə və Xiyabani küçələrinin kəsişməsində yerləşən işıqforda yaranan texniki nasazlıq aradan qaldırılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. 

Bildirilib ki, Mərkəzə problemlə bağlı müraciət daxil olduqdan sonra NİİM-in əməkdaşları əraziyə baxış keçiriblər və işıqforda yaranan texniki problem həll edilib. 

“Ümumilikdə isə paytaxt ərazisində işıqforların texniki vəziyyəti ilə bağlı monitorinqlər keçirilir. Yol hərəkəti iştirakçıları tərəfindən daxil olan məlumatlar dərhal yoxlanılır, müraciətlər yerində və rəqəmsal metodlarla diqqətdə saxlanılır.
Paytaxt yollarında işıqforlarla bağlı hər hansısa bir problem aşkar edildikdə vətəndaşlardan xahiş olunur ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sosial şəbəkə hesablarına və ya (012) 404 41 22 əlaqə nömrəsinə zəng vuraraq məlumat versinlər”, - NİİM-dən bildirilib. 
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO