Gəncədə arvadını bıçaqlayan şəxsin cinayət işi TAMAMLANDI

Gəncədə arvadını bıçaqlayan şəxsin cinayət işi TAMAMLANDI

Hazırda oxunan: Gəncədə arvadını bıçaqlayan şəxsin cinayət işi TAMAMLANDI

151899

2022-ci ilin dekabrın 14-də Gəncə şəhər sakini 1980-ci il təvəllüdlü Aytən Süleymanovanın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri alması faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.

İstintaqla Zaur Süleymanovun birgə yaşadıqları evdə arvadı Aytən Süleymanovaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Toplanmış sübutlar əsasında Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO