Şabranda ağır qəza: 1 ölü, 1 yaralı var

Şabranda ağır qəza: 1 ölü, 1 yaralı var

Hazırda oxunan: Şabranda ağır qəza: 1 ölü, 1 yaralı var

151662

Bakı-Quba yolunun 106-cı km-də, Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hələlik sürücüsü açıqlanmayan "Mitsubishi Lanser" daş maneəyə çırpılıb.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Alınan son məlumata görə, qəzada ölən Şəfiqə Abdulmütəllib qızı Xasayeva 75 yaşlı Bakı sakini  olan sürücü Qalib Əhməd oğlu Xasayevin həyat yoldaşıdır.

Hadisə yerində Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırmaya başlayıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO