Zaqatalada doqquz yaşlı uşağı maşın vurdu

Zaqatalada doqquz yaşlı uşağı maşın vurdu

Hazırda oxunan: Zaqatalada doqquz yaşlı uşağı maşın vurdu

151651

Zaqatalada azyaşlını maşın vurub. Hadisə şəhərin Kür-Araz adlanan yaşayış massivində qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala şəhər sakini 47 yaşlı Rüstəm Xəlilov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə rayonun Gözbarax kənd sakini, 9 yaşlı Renad Əliyevi küçənin kənarında hərəkətdəykən vurub.

Azyaşlı Təcili Tibbi Yardım avtomobili ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  yerləşdirilib. 

R. Əliyevin mayinəsi aparılıb və müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bəlli olub. Hazırda 9 yaşlı uşağın müayinə və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırmalar başlanılıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO