Əkiz qardaşlar Prezident təqaüdçüsü oldu

Əkiz qardaşlar Prezident təqaüdçüsü oldu

Hazırda oxunan: Əkiz qardaşlar Prezident təqaüdçüsü oldu

151567
2016-2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan əkiz qardaşların hər ikisi - Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyev 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Prezident təqaüdçüsü adını qazanıblar. BANM-in rektoru Elmar Qasımov əkiz qardaşları qəbul edərək onları bir daha təbrik etdi və təhsildə uğurlar arzuladı.

Xatırladaq ki, bu ilki qəbul imtahanında iki qardaş - Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə, 700 bal toplayıb. Hər ikisi ixtisas seçimində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”x9d ni seçərək Ali Məktəbin tələbəsi olublar.

Qeyd edək ki, əkizlərin qardaşı Rəşad Nəzərəliyev də Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi”x9d ixtisasında təhsil alır, o, artıq IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Beləliklə, bir ailənin üç övladı BANM-də təhsil alır. Onların hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO