Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək.
Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək.
Qeyd edək ki, “Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşib.
Belə ki, yeni rüsumların aşağıdakı kimi olacaq:
- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün - 125 manat
- bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 25 manat
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi - 250 manat
- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi - 75 manat
- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi - 3000 manat.
Dəyişiklik 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:32 / 18.08.2023
Buraxılış vəsiqəsi olmadan sərnişin daşıyan taksi sahibləri üçün YENİ CƏRİMƏLƏR
Hazırda oxunan: Buraxılış vəsiqəsi olmadan sərnişin daşıyan taksi sahibləri üçün YENİ CƏRİMƏLƏR
Hazırda oxunan: Buraxılış vəsiqəsi olmadan sərnişin daşıyan taksi sahibləri üçün YENİ CƏRİMƏLƏR
151395
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.