Göyçayda itkin düşən qadının meyiti tapıldı

Göyçayda itkin düşən qadının meyiti tapıldı

Hazırda oxunan: Göyçayda itkin düşən qadının meyiti tapıldı

151287

Göyçayda itkin düşən qadının meyiti tapıldı. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Ələsgərova Lətifə Mehdi qızının avqustun 15-də itkin düşməsi barədə Göyçay rayon Polis Şöbəsinə məlumat daxil olub.  

Məlumata görə polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 65 yaşlı qadının meyiti tapılıb.  

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçayda yaşadığı evdən çıxaraq geri qayıtmayan Lətifə Ələsgərovanın bu gün axşam saatlarında Məlikkənd kəndi ərazisindəki su kanalından meyiti aşkar olunub. Onun özünə qəsd etdiyi ehtimal edilir.  

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO