Şorun içindən narkotik çıxdı - FOTO

Şorun içindən narkotik çıxdı - FOTO

Hazırda oxunan: Şorun içindən narkotik çıxdı - FOTO

15125

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə əsasən təqsirli bilinərək həbs edilən və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Məmmədov Ramiz Yunis oğluna qohumu Astara şəhər sakini İbrahimov İlqar Səfər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyat qutusunun içərisində gizlədilmiş 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,993 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,456 qram olan narkotik maddə - tiryək aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

4  nəfərdən 16 kq narkotik vasitə aşkarlandı - VİDEO 


Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Xəlilov Samir Əlibala oğluna tanışı Bakı şəhər sakini Savalanlı Ayxan Rövşən oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şor məhsulunun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,912 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO