Bakı metrosunda qatarın qapısında nasazlıq olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, metronun “Sahil” stansiyasında “İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının bağlanmaması ilə bağlı maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb.
Vaqon qapısının bağlanması ilə bağlı problem olmadığı aşkarlansa da, sərnişin təhlükəsizliyi tələbinə, metropolitenin müvafiq qaydalarına uyğun olaraq, eləcə də qatarların hərəkət qrafikinin pozulmaması məqsədilə sərnişinlər düşürülüb, qatar sərnişinsiz yola salınıb.
“28 May” stansiyasında qapıya təkrar baxış keçirilib, işarəvermə sistemi yoxlanılıb. Hər hansı bir texniki problemin olmadığına əminlik yarandıqdan sonra, qatar “Gənclik” stansiyasından başlayaraq sərnişinlərlə yoluna davam edib.
*** 22:28
"Bakı Metropoliteni" QSC-nin qatarında nasazlıq yaranıb.
Bizim.Media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə metronun "Sahil" stansiyasında qeydə alınıb.
Belə ki, “İçərişəhər” metrostansiyasından çıxan qatar “Sahil” stansiyasında boşaldılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:45 / 16.08.2023
Metroda nasazlıq olub, sərnişinlər vaqonlardan düşürülüb - YENİLƏNİB/FOTO
Hazırda oxunan: Metroda nasazlıq olub, sərnişinlər vaqonlardan düşürülüb - YENİLƏNİB/FOTO
Hazırda oxunan: Metroda nasazlıq olub, sərnişinlər vaqonlardan düşürülüb - YENİLƏNİB/FOTO
151143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.