Səlim Müslümovun məhkəməsi davam etdirilib

Səlim Müslümovun məhkəməsi davam etdirilib

Hazırda oxunan: Səlim Müslümovun məhkəməsi davam etdirilib

151124

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edib. 

O bildirib ki, məhkəmə tərkibi yenilənsə də, məhkəmə istintaqının yenilənməsinə ehtiyac yoxdur:

“Ona görə də məhkəmə istintaqı qaldığı yerdən davam etdirilməlidir”. 

Hakim bildirib ki, iş üzrə zərərçəkmiş tərəf növbəti məhkəməyə dəvət olunmalı və məhkəmə istintaqı yekunlaşmalıdır.

Proses avqustun 30-na təyin edilib. 

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur. 
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO