İctimai şuraların fəaliyyəti Qanunun fəlsəfəsinə ziddir – Fazil Mustafa

İctimai şuraların fəaliyyəti Qanunun fəlsəfəsinə ziddir – Fazil Mustafa

Hazırda oxunan: İctimai şuraların fəaliyyəti Qanunun fəlsəfəsinə ziddir – Fazil Mustafa

151053

Cəmiyyətimizdə yeni bir institutun- İctimai şuraların yaranmasından xeyli müddət keçir. Nəzərə alaq ki, İctimai şuralar vətəndaş cəmiyyəti institutlarının üzvlərindən formalaşır.

Şura “Ictimai iştirakçı haqqında” Qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur.

Bu qurum  ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanmasını təşkil etməli, ictimai dinləmələr keçirməli, ictimai rəyin öyrənilməli və bu müvafiq qurumlar qarşısında ictimai marağın müdafiəçisi kimi çıxış etməlidir.

Lakin, günümüzün reallığında bunun tam əksini görürük. Nazirlik, Komitə və digər dövlət qurumlarının yanında fəaliyyət göstərən İctimai şuralar bu gün passiv fəaliyyətləri ilə gündəmə gəlirlər.

Bir çox hallarda isə İctimai şuralar ictimaiyyətin yox, dövlət qurumunun müdafiəçisi kimi çıxış edir. Bu da haqlı olaraq narazılıq yaradır.

Məsələyə münasibət bildirən Millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirdi ki, İctimai şuraların mövcud durumu əlbəttəki, təəssüf doğurur:
 

MÖVZU İLƏ BAĞLI:

“İctimai şuralar hansısa nazirə dəstək şurası deyil” – Deputatdan ETİRAZ 


“Çünki, İctimai şuranın fəlsəfəsi tam fərqli idi. Əslində şura üzvləri həmin qurumların qarşısında ictimai marağı qorumalı idi. Di gəl ki, bir sıra qurumlar öz piarları və maraqları üçün ictimai şuralardan  istifadə edirlər və istifadə etməkdə də davam edirlər.

İctimai şuralarda xarakterli və prinsipial adamlar olanda  onlardan məqsədli şəkildə istifadə eləmək olmur. Amma görünən problem odur ki, şura üzvləri ya öz funksiyalarını dəqiq bilmirlər, ya da öz xırda maraqları üçün susurlar. Təəssüfedici haldır.
Bütün bunlar Qanunun fəlsəfəsinə ziddir. Çünki, ictimai şuralar ictimai marağı güdməli, ictimai maraqdan çıxış etməlidir. Amma biz bunu görə bilmirik. İctimai şuralar daha çox müvafiq qurumların müdafiəçisi kimi çıxış edirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO