Bakıda tanınmış blogerin düşdüyü qəza zamanı avtomobildə 2 nəfər olub, yolda nəqliyyatın hərəkətini tənzimləyən polis əməkdaşını digər maşın vurub.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
“Nikosayağı” qəzaya DÜŞDÜ - Qolu amputasiya edildi - VİDEO
Belə ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşına çırpılıb.
Nəticədə Nicat Şakirlinin sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub.
Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.
Bizim.Media