Polis əməkdaşlarına zor tətbiq edən şəxs MƏHKƏMƏ QARŞISINDA

Polis əməkdaşlarına zor tətbiq edən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Polis əməkdaşlarına zor tətbiq edən şəxs MƏHKƏMƏ QARŞISINDA

150862

Xəbər verildiyi kimi, cari il aprelin 28-də paytaxtın Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Rauf Qurbanovun xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Nəsimi rayon prokurorluğu yayıb.

İstintaqla Rauf Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi “Toyota” markalı avtomobillə qərəzli xuliqanlıq hərəkətləri edib insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla özgə əmlaklarını qəsdən zədələməsinə, xidməti vəzifələrini yerinə yetirən Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşlarına həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rauf Qurbanova Cinayət Məcəlləsinin 186.2.2, (xeyli miqdarda ziyan vurulmaqla özgənin əmlakını qəsdən zədələmə), 221.3 (xuliqanlıq), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmə) maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO