Bilgəh çimərliyində suyun üzündə naməlum kişi meyiti tapılıb

Bilgəh çimərliyində suyun üzündə naməlum kişi meyiti tapılıb

Hazırda oxunan: Bilgəh çimərliyində suyun üzündə naməlum kişi meyiti tapılıb

150825

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 450 metr aralı, nəzarətsiz ərazidə) suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib. 

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırış üzrə cəlb olunublar. 

Həyata keçirilən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO