Qaxın mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sürət həddini aşan “BMW” markalı avtomobil ağaca çırpılıb, üçü azyaşlı olmaqla dörd nəfər xəstəxanaya çatdırıllıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında Qax şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 41 yaşlı Pərvin Mehdiyevin idarə etdiyi "BMW" markalı avtomobil hərəkətdə olarkən, idarəetməni itirməsi səbəbindən yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobildə sürücü Pərvin Mehdiyevlə yanaşı onun üç övladı da olub. Bunlar 7 yaşlı Selcan Mehdiyeva, 9 yaşlı Əsmənur Mehdiyeva və 11 yaşlı Banuçiçək Mehdiyevadır.
Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin avtomobili çağırılıb və yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra ata və üç qızı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanada onlar müayinə və müalicələrə cəlb edilib. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Baş vermis yol-nəqliyyat hadisəsinin təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:42 / 13.08.2023
Qaxda avtomobil ağaca çırpıldı - Ata və üç azyaşlı qızları xəsarət aldı
Hazırda oxunan: Qaxda avtomobil ağaca çırpıldı - Ata və üç azyaşlı qızları xəsarət aldı
Hazırda oxunan: Qaxda avtomobil ağaca çırpıldı - Ata və üç azyaşlı qızları xəsarət aldı
150649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.