Polis Lerik dağlarında köməksiz qalanları xilas etdi

Polis Lerik dağlarında köməksiz qalanları xilas etdi

Hazırda oxunan: Polis Lerik dağlarında köməksiz qalanları xilas etdi

150573

Lerik rayonunda dağda köməksiz vəziyyətdə qalan şəxsləri polislər xilas edib. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Məlumata görə, Lerik rayonuna gəzintiyə gələn 3 nəfər çıxdıqları sərt dağlıq ərazidən düşə bilməyərək köməksiz vəziyyətdə qalıblar.  

Əraziyə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Nəticədə həmin şəxslər Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidən çıxarılıblar. 

Xəsarət alan olmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO