Abşeronda 247 min toyuğun qırılma səbəbi nədir – QUŞ QRİPİ, yoxsa...? 

Abşeronda 247 min toyuğun qırılma səbəbi nədir – QUŞ QRİPİ, yoxsa...? 

Hazırda oxunan: Abşeronda 247 min toyuğun qırılma səbəbi nədir – QUŞ QRİPİ, yoxsa...? 

15051

Xəbər verildiyi kimi Abşeron rayonunda quşçuluq təsərrüfatının birində quşlar  kütləvi şəkildə tələf olub.

Bu barədə Bizim.Media - a sahibkar Loğman  Həsənov məlumat verərkən söylədi ki, 247 min baş toyuğu qırılıb:

“Quşların hamısı  vaxtında  vaksin olunub. Niyə belə olub, baş aça bilmədik. Bu dəqiqə 1 milyondan çox borcumuz var. Bunların hamısını ödəmək iqtidarında deyilik. Ona görə də dövlət dəstəyi istəyirik ki, biz fəaliyyətimizi yenidən bərpa edək”. 

Sahibkar əlavə etdi ki, ölən quşların laboratoriyada aparılan birinci analiz zamanı ornitos diqanozu qoyuldu:

 

MÖVZU İLƏ BAĞLI:

Daha iki ölkədən quş əti idxalına qadağa qoyuldu


“O xəstəlik bu qədər quşu  öldürmür. Həmin xəstəliyin müalicəsi də var. Bir dəfə müalicə edirsən sağalır.  Əgər o xəstəlik olsa idi  bir həftəyə maksimum 15-20 faiz  toyuq tələf olardı. Görünür ki,  bu nəsə başqa xəstəlikdir. Hər halda Qida Təhlükəsizliyi Agnetliyinin labortoriyasının nəticəsini gözləyirik”.

Loğman Həsənov söyləyir ki, bizim müəsissə kifayət qədər böyükdür, işləməsə quş əti məhsullarında müəyyən böhran yarana bilər:

“Ölkə başçısından  müvafiq qurumlardan xahiş edirik ki, bizə dəstək olsunlar ki, təsərrüfatımızı bərpa edək”.

Məsələylə bağlı Qida Təhlükəsizliyi Agnetliyindən isə bildiriblər ki, son iki ay ərzində media vasitəsi ilə əhaliyə ünvanlanmış müraciətlər nəticəsində AQTA-nın “1003–Çağrı Mərkəzi”nə quşların kütləvi tələfatı ilə bağlı bir sıra məlumatlar daxil olub.  

Bir müddət əvvəl media səhifələrində dərc olunmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Gülüstan parkı” adlanan ərazidə qarğaların kütləvi tələfatı ilə bağlı məlumatların araşdırılması nəticəsində quşların kütləvi tələfatının səbəbinin havaların kəskin soyuması ilə bağlı fizioloji ölüm və qarışıq infeksiya olduğu müəyyənləşdirilib.

Eyni zamanda, Abşeron rayonu, “Bərk-dərə” adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyət göstərən müəssisədə quşların kütləvi tələfatı ilə bağlı AQTA əməkdaşları tərəfindən 21 fevral 2021-ci il tarixində müəssisəyə baxış keçirilib.

Tələf olmuş quşlardan nümunələr götürülərək müayinə olunması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub.

Laborator müayinənin nəticələrinə əsasən, quşlarda qarışıq infeksiyon xəstəlik törədiciləri aşkarlanıb. Təlimata uyğun olaraq, tələf olmuş quşlar mütəxəssislərin iştirakı ilə biotəhlükəsizlik qaydalarına uyğun məhv edilib.

Müəssisə AQTA-nın baytar müfəttişləri tərəfindən nəzarətə götürülüb və hazırda müvafiq qurumlarla birgə təsərrüfatda sağlamlaşdırıcı tədbirlər davam etdirilir. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO