Rəşad Nəbiyev İlon Maskla BİR ARADA - FOTO 

Rəşad Nəbiyev İlon Maskla BİR ARADA - FOTO 

Hazırda oxunan: Rəşad Nəbiyev İlon Maskla BİR ARADA - FOTO 

150456

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev amerikalı sahibkar, “SpaceX” şirkətinin qurucusu, “Twitter” (indiki “X”) sosial şəbəkəsinin sahibi İlon Maskla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə nazir özünün “Twitter” hesabında paylaşım edib. 

“Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq”, - deyə R. Nəbiyev qeyd edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO