“Nizami” stansiyasında təmir BAŞLAYIR - FOTO

“Nizami” stansiyasında təmir BAŞLAYIR - FOTO

Hazırda oxunan: “Nizami” stansiyasında təmir BAŞLAYIR - FOTO

150406

"Bakı Metropoliteni" QSC-nin “Nizami” stansiyasında platformanın tavanında sağlamlaşdırma və gücləndirmə tədbirlərinə başlanılıb.

Bizim.Media bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya infrastrukturu müntəzəm nəzarət altında saxlanılır. Texnoloji proseslərin dövrü qulluq və təmir tələbinə uyğun olaraq, görülən işlər çərçivəsində tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub.

Tunel geyimi müvafiq qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə işıqlanma sistemi bərpa olunacaq.
Sağlamlaşdırma istiqamətində tədbirlər yalnız metropolitendən sərnişinlərin istifadə etmədiyi gecə növbəsində aparılır. Təmir dövründə stansiyada müvafiq nəzarət mexanizmləri təmin olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO