Kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisaslarına qəbul planı 99, 97 FAİZ DOLUB 

Kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisaslarına qəbul planı 99, 97 FAİZ DOLUB 

Hazırda oxunan: Kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisaslarına qəbul planı 99, 97 FAİZ DOLUB 

150405

Ümumi (9 illik) orta təhsil bazasından kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisaslarına qəbul planı 99,97 faiz dolub.

Bizim.Media bildirir ki, bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Belə ki, xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üçün qəbul planı 9201 yer olub. Azərbaycan bölməsi üzrə 8921, rus bölməsi üzrə 277 nəfər olmaqla cəmi 9198 nəfər qəbul olub.

Xatırladaq ki, abituriyentlər avqustun 14-ü saat 15:00-dan avqustun 23-ü saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO