Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki MƏŞĞƏLƏLƏR KEÇİRİLİR - VİDEO

Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki MƏŞĞƏLƏLƏR KEÇİRİLİR - VİDEO

Hazırda oxunan: Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki MƏŞĞƏLƏLƏR KEÇİRİLİR - VİDEO

150374

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən məşğələlər zamanı azimutla hərəkət, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, patrul xidmətinin təşkili, eləcə də meşəlik ərazilərdə aşkar edilən şərti düşmənin pusquya salınaraq məhv edilməsi üzrə tapşırıqlar icra edilib.

Həmçinin kütləvi qırğın silahlarından mühafizə üzrə dərslərdə də kursantlar fəal iştirak ediblər.

Düşərgə toplanışı zamanı çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO