Nəzir qutularından 13 min manat oğurlayan şəxs SAXLANILDI – FOTO/VİDEO 

Nəzir qutularından 13 min manat oğurlayan şəxs SAXLANILDI – FOTO/VİDEO 

Hazırda oxunan: Nəzir qutularından 13 min manat oğurlayan şəxs SAXLANILDI – FOTO/VİDEO 

150274

Paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb. 

Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub. 

Faktlarla bağlı saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

Bildirilib ki, Əli Novruzovun qanunsuz əməllərindən zərərçəkənlər Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər. 
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO