Sabah temperatur 42-43 dərəcəyədək YÜKSƏLƏCƏK  

Sabah temperatur 42-43 dərəcəyədək YÜKSƏLƏCƏK  

Hazırda oxunan: Sabah temperatur 42-43 dərəcəyədək YÜKSƏLƏCƏK  

150024

Avqustun 9-da Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub- şərq küləyi əsəcək. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib. 

Onun sözlərinə görə, havanın temperaturu gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq. 

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, gündüz saatlarında Dağlıq Şirvan, Quba, Qusar və Şərqi Zəngəzurun bəzi dağlıq ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Havanın temperaturu gündüz 35-40 dərəcə, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi aran rayonlarının bəzi yerlərində 42-43 dərəcə isti, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO