Kürdəmirdə ağır QƏZA: Ölən və yaralananlar var – FOTO  

Kürdəmirdə ağır QƏZA: Ölən və yaralananlar var – FOTO  

Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA: Ölən və yaralananlar var – FOTO  

150011

Kürdəmirdə baş verən ağır qəzada 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 179-cu kilometrliyində, rayonun Muğanlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Laçın rayon sakini Eldəniz Sevdimalıyev idarə etdiyi “KİA” markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni yolda hərəkət edən Ağsu rayon sakini Müşviq Quliyevin idarə etdiyi “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. 

Nəticədə minik maşınında olan sürücü 38 yaşlı Sevdimalıyev Eldəniz Abbasəli oğlu və onun sərnişinləri 27 yaşlı Bakı sakini Məmmədov İlkin İlyas oğlu və Zaqatala rayon sakini Mahmudova Məhrubə Gülməmməd qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Avtomobildə olan digər sərnişin, sürücünün anası Sevdimalıyeva Bəsdi Gülməmməd qızı isə elə hadisə yerindəcə dünyasını dəyişib. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Dünyasını dəyişən Bəsdi Sevdimalıyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə yerləşdirilib. 

Qeyd edək ki, qəzaya düşən ailə Bərdə rayonundan hüzür yerindən gəlirlərmiş. Faktla bağlı araşdırma aparılır. 






















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO