“Köhnə qatarlara kondisioner quraşdırılması mümkün deyil” – Bakı Metropoliteni

“Köhnə qatarlara kondisioner quraşdırılması mümkün deyil” – Bakı Metropoliteni

Hazırda oxunan: “Köhnə qatarlara kondisioner quraşdırılması mümkün deyil” – Bakı Metropoliteni

149986

Hər gün davamlı olaraq metrodan istifadə edənlər bəzən havalandırma sisteminin işləmədiyindən gileylənir. 

Köhnə vaqonlarda kondisonerlərin olmaması ayrı dərd, yenilərdə isə havalandırma sisteminin işində problemlərin yaranması başqa dərddir.

Mövzu ilə bağlı Bizim.Media-nın sualını cavablandıran Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metrolarda havalandırma sisteminə qrafikli şəkildə və hər gün monitorinq aparılmaqla nəzarət olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO   


“Mövsümü olaraq Bakı Metropoliteninin öz iş sistemində havalandırma məsələsinə xüsusi olaraq nəzarət olunur. 2018-ci ilin mart ayından sonra metropolitendə havalandırma sistemi ənənəvi, yəni sovet dövründəkindən fərqli şəkildə dəyişdirildi.

İl ərzində 2 dəfə deyil, hər fəslin özünə uyğun olaraq qrafiklər əsasında tərtib olundu. Bizdə ventilyatorla iş qrafikinin dəyişməsi hər dövrün özünəməxsus xüsusiyyətlərini nəzərə almağa imkan verdi. 

Bununla belə hər bir fəslin daxilində dövri monitorinqlər mütləq şəkildə təskil edilir. Bütün stansiyalar üzrə müvafiq ölçmələr hər gün aparılır. Buna uyğun olaraq da lazimi tədbirlər görülür. Hətta yay aylarının rejimi də fərqli ola bilər.

Məsələn iyul və avqust ayları arasında da fərqlər var. Hər birində daha mülayim və isti günlər ola bilər. Bütün bunlar hamısı xüsusi olaraq monitorinqlər aparılaraq öyrənilir”.

B.Məmmədov qeyd edib ki, mikroiqlim nəzarəti sistemi ilə olan kondisionerli qatarlardan fərqli olaraq, əfsus ki əvvəlki nəsil qatarlarda kondisioner sisteminin quraşdırılması texniki cəhətdən qeyri-mümkündür:

“Bu barədə istehsalçi müəssisə özü rəy verib. Həmçinin Bakı metropolitenin dünyada olan müvafiq sahə üzrə monitorinqləri və araşdırmaların nəticəsi məhz bu qənaətə gətirib çıxarır.

Lakin zamanla köhnə qatarlar yenisi ilə əvəz olunduqca problem həll ediləcək. Yəni köhnə nəsil yerinə Bakının iqlim şəraitini nəzərə alınmaqla təchiz olunan mikroiqlim qatarlarla davamlı olaraq əvəzləmə aparılacaq”.

Qurumun rəsmisi onu da vurğulayıb ki, bəzən hər hansı stansiya və ya maşrutda qatar üzrə şikayətlər daxil olursa, bu dərhal araşdırılır:

‘’Ventilyasiyanın metroda işləməsi isə ilboyu davamlı olaraq çalışan sistemdir. Sadəcə olaraq hər mövsümün xüsusiyyətləri nəzərə alınmaqla, vaqonlarda olan isə havanın hərarəti, oksigen təminatı və bu kimi hallar nəzərə alınmaqla həyata keçirilir. Sözügedən mövzu ilə bağlı hər hansı qatarda və ya stansiyada problem yaşanarsa, araşdırma aparılır, problem mütləq şəkildə tez zamanda həll olunur”.

Röyanə Oğuz, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO