İtkin düşən 19 yaşlı gənclərin yeri müəyyən edildi - FOTO

İtkin düşən 19 yaşlı gənclərin yeri müəyyən edildi - FOTO

Hazırda oxunan: İtkin düşən 19 yaşlı gənclərin yeri müəyyən edildi - FOTO

149965

İsmayıllı rayon sakinləri  Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılovanın 1 ay əvvəl itkin düşmələri barədə məlumat vermişdik.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki,  gənclərin yeri müəyyən edilib.

Ötən gün A.Xəlilov nənəsi ilə əlaqə saxlayaraq Aytacla birlikdə Bakıda olduqlarını deyib. O, paytaxtda iş tapdığını,vəziyyətlərinin yaxşı olduğunu qeyd edib.

DİN-in mətbut xidmətindən bildirildi ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıb, axtarışlar dayandırılıb.

Qeyd edək ki, 19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Onların itkin düşmələri ilə bağlı valideynləri tərəfindən polisə məlumat verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO