Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusilə də dövlətimizin başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.
Bu barədə Bizim.Media-ya Hakimlərin Seçki Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, hakimliyə namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına kömək məqsədilə imtahan suallarına dair annotasiyanın yenilənmiş variantı Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsində yerləşdirilib.
Namizədlər test imtahanı suallarının annotasiyası ilə //jlc.gov.az/annotasiya.pdf linkindən tanış ola bilərlər.
Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək, hər bir namizəd fərdi qaydada, sualları kompüter vasitəsilə cavablandıracaq.
Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, sənədlərini ilk təqdim etmiş 170 nəfərədək hakimliyə namizədlərlə test imtahanı bu il noyabrın 3-də keçiriləcək, eyni zamanda, namizədlərin sənədləri bundan sonra da davamlı olaraq qəbul ediləcək.
İmtahanların keçirilməsi tarixi, yeri, qaydası, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:28 / 08.08.2023
Hakimliyə namizədlərin imtahan prosesi sürətləndirilib
Hazırda oxunan: Hakimliyə namizədlərin imtahan prosesi sürətləndirilib
Hazırda oxunan: Hakimliyə namizədlərin imtahan prosesi sürətləndirilib
149900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.