Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istehlaka yararsız at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Çarhan kəndində Səxavət Cəfərova məxsus fermanın ərazisində əsasən ucuz qiymətə alınan xəstə atların kəsilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov saxlanılıblar.
Əraziyə baxış keçirilərkən 300 kiloqrama yaxın at əti aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, M.Cəfərovun başçılıq etdiyi həmin şəxslər əsasən xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakı şəhərinə apararaq orada satmaq niyyətində olublar.
Həmin ətlərdən müvafiq nümunələr götürülərək laborator müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, qalan hissəsi ilə yandırılaraq məhv edilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:35 / 07.08.2023
Xəstə atları kəsib satmaq istəyən şəxslər SAXLANILDI - FOTO
Hazırda oxunan: Xəstə atları kəsib satmaq istəyən şəxslər SAXLANILDI - FOTO
Hazırda oxunan: Xəstə atları kəsib satmaq istəyən şəxslər SAXLANILDI - FOTO
149860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.