Bakıda dilənən iki uşaq sığınacağa yerləşdirildi - FOTO/VİDEO

Bakıda dilənən iki uşaq sığınacağa yerləşdirildi - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda dilənən iki uşaq sığınacağa yerləşdirildi - FOTO/VİDEO

149713

Bu gün səhər saatlarında Bakıda, 20 yanvar metrosunun keçidində pul dilənən 9 və 12 yaşlı iki uşaq polis tərəfindən nəzarətə götürülərək uşaq sığınacağına yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, uşaqlar əmi qızı, əmi oğludur:

“Heç vaxt məktəbə getməyiblər, davamlı olaraq diləndiriliblər. Dediklərinə görə gündəlik qazancları 120 manat civarındadır. Uşaqların ailəsinə məlumat verilib. Ailəsi isə sığınacağa hücum çəkib”.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO