Gəncədəki qəzada daha bir nəfər öldü - Sürücü Özbəkistan vətəndaşıdır

Gəncədəki qəzada daha bir nəfər öldü - Sürücü Özbəkistan vətəndaşıdır

Hazırda oxunan: Gəncədəki qəzada daha bir nəfər öldü - Sürücü Özbəkistan vətəndaşıdır

149669

Avqustun 5-də Gəncədə Atatürk prospekti ilə hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə, daha sonra isə ağaca çırpılan “Toyota Corolla” markalı avtomobildə xəsarət alanlardan biri də xəstəxanada dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hədisə zamanı avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdü. Sürücü Nabibjon Tuhktaev və biri azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. 

Dünən hadisə nəticəsində xəsarət alan 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı xəstəxanada dünyasını dəyişib. 

Sürücü 1994-cü il təvəllüdlü Habibjon Tuhktaev saxlanılıb. O, Özbəkistan Respublikasının vətəndaşıdır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO