Kürdəmirdəki qəzada xəsarət alanlardan biri öldü

Kürdəmirdəki qəzada xəsarət alanlardan biri öldü

Hazırda oxunan: Kürdəmirdəki qəzada xəsarət alanlardan biri öldü

149661

Ötən gecə Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri ölüb.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisədə ağır bədən xəsarəti alan Gəncə sakini Ramin Heydərov həkimlərin səyinə baxmayaraq elə xəstəxanada dünyasını dəyişib.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki FORD TRANZİT markalı içi pomidorla dolu olan yük maşınının sürücüsü Gəncə sakini, 39 yaşlı İsgəndərov Ramin Akif oğlu Ucar istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən Bərdə rayon sakini Qurbanzadə Amin İsrafil oğlunun idarə etdiyi mişar daşı ilə dolu olan KAMAZ markalı yük maşınına çırpılıb.
Nəticədə FORD-da olan sürücü Ramin İsgəndərov və sərnişini Gəncə sakini Heydərov Ramin Sabit oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO