İçi pomidorla dolu olan yük maşını

İçi pomidorla dolu olan yük maşını "KamAZ"a çırpıldı - XƏSARƏT ALANLAR VAR - FOTO

Hazırda oxunan: İçi pomidorla dolu olan yük maşını "KamAZ"a çırpıldı - XƏSARƏT ALANLAR VAR - FOTO

149657

Kürdəmirdə ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki FORD TRANZİT markalı içi pomidorla dolu olan yük maşınının sürücüsü Gəncə sakini, 39 yaşlı İsgəndərov Ramin Akif oğlu Ucar istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən Bərdə rayon sakini Qurbanzadə Amin İsrafil oğlunun idarə etdiyi mişar daşı ilə dolu olan "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə FORD-da olan sürücü Ramin İsgəndərov və sərnişini Gəncə sakini Heydərov Ramin Sabit oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişini FHN-in qəza-xilasetmə dəstənin əməkdaşları çıxarıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, həkimlər xəsarət alanlardan Ramin Heydərovun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO