Azərbaycanda üç xəstəxana rəhbəri DƏYİŞDİ - RƏSMİ

Azərbaycanda üç xəstəxana rəhbəri DƏYİŞDİ - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda üç xəstəxana rəhbəri DƏYİŞDİ - RƏSMİ

149586

TƏBİB-in tibb müəssisələrinə yeni direktorlar təyin olunub

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Pərviz Rüstəmbəyov, Tibbi Reabilitasiya Mərkəzinə Rüfət Cabbarlı, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına isə Murad Bayramov təyin ediliblər. 
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təyinat alan Pərviz Rüstəmbəyov Azərbaycan Dövlət Tibb Universitetini bitirib, ixtisasca cərrahdır. O, bu təyinatadək TƏBİB-in İxtisaslı tibbi yardım departamentində fəaliyyət göstərib.

Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı Süleyman Dəmirəl Universitetində fizioterapiya ixtisası üzrə, Anadolu Universitetində isə səhiyyə qurumlarının idarəedilməsi üzrə bakalavr təhsili alıb. Eyni zamanda Üsküdar Universitetini Sinir elmləri üzrə magistr dərəcəsi ilə bitirib, Atlas Universitetində isə fizoterapiya və tibbi reabiltasiya ixtisası üzrə magistr təhsil alır.

Bir çox özəl tibb müəssisələrində, bu təyinatadək isə N.Tusi adına Memorial Klinik Xəstəxanasında Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin müdiri kimi çalışıb. 

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Murad Bayramov Azərbaycan Dövlət Tibb Universitetini bitirib, ixtisasca oftalmoloqdur. Uzun müddət Beyləqan Rayon Mərkəzi Xəstəxanasında çalışıb, bu təyinatadək sözügedən xəstəxanada direktorun müavini, baş həkim kimi fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO