Bu gün Şabran şəhərində sentyabr şəhidi Murad İlqar oğlu Rəsulovun yaşadığı evin qarşısında xatirə abidə kompleksinin açılışı olub.
Açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.
Açılış mərasimində iştirak edən Şabran İH başçısının 1-ci müavini Hüseyn İlyasov Murad kimi Vətən yolunda öz canını fəda edən gənclərimizin heç vaxt unudulmayacağını, onların qısa, amma çox şərəfli həyat yolunun bütün gənclərə nümunə olduğunu deyib. İcra rəsmisi şəhid Muradın atası İlqar Rəsulova başsağlığı verib, onun xatirəsinin həmişə əziz tutulacağını söyləyib.
Qeyd edək ki, şəhid Murad Rəsulovun xatirəsinə salınmış abidə kompleksi ailəsinin maddi vəsaiti hesabına inşa edilib.
Ali hərbi təhsilli leytenant Murad Rəsulov 2022-ci ilin sentyabr hadisələrində Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.