Cəlilabadda ağır QƏZA – Xəsarət alanlar var

Cəlilabadda ağır QƏZA – Xəsarət alanlar var

Hazırda oxunan: Cəlilabadda ağır QƏZA – Xəsarət alanlar var

149563

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, avtoqəza zamanı "VAZ 2106" və bir "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. 

Onlar 1988-ci il təvəllüdlü Cavid İsmayılov və 1956-ci il təvəllüdlü Mirhəsən Abdullayevdir.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO