Xızı və Siyəzəndə güclü yanğın BAŞLAYIB – FOTO/VİDEO 

Xızı və Siyəzəndə güclü yanğın BAŞLAYIB – FOTO/VİDEO 

Hazırda oxunan: Xızı və Siyəzəndə güclü yanğın BAŞLAYIB – FOTO/VİDEO 

149548

Ötən axşam saatlarında Xızı rayonunun Xəl kəndi ərazisində başlayan yanğın Siyəzən rayonunun sahələrinə də keçib. Siyəzənin Zarat  kəndinin dağlıq massivində də güclü yanğın başlayıb.

FHN-nin əməkdaşları dərhal alovun səngiməsi işlərinə start verib.

Xızı tərəfdən yanğın ocağına FHN-nin yanğınsöndürən avtomobilləri çıxa bilmədiyindən canlı qüvvələr Siyəzən ərazisinə yönəldilib.

Siyəzən icra hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, yanğın yerində FHN-nin Xızı və Siyəzən rayonlarının 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi işləyib. Ümumilikdə hər iki rayon üzrə dağlıq massivdə 70 hektar kol-kos, quru ot sahəsi yanıb. Yanğın gecə ikən tam söndürülüb. Yanğının baş vermə səbəbi araşdırılır.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO