Kamran Əliyevdən Bizim.Media-nın təklifinə MÜSBƏT CAVAB 

Kamran Əliyevdən Bizim.Media-nın təklifinə MÜSBƏT CAVAB 

Hazırda oxunan: Kamran Əliyevdən Bizim.Media-nın təklifinə MÜSBƏT CAVAB 

149448

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev növbəti vətəndaş qəbulunu şimal bölgəsində keçirib. 

Bizim.Media xəbər verir ki, qəbuldan əvvəl Kamran Əliyev və Quba Rayon İcra Hakimiyətinin başçısını səlahiyyətlərini müvəqqəti icra edən, başçının 1-ci müavini Tariyel İbrahimov Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Daha sonra Baş Prokuror Quba Rayon Prokurorluğunda Quba, Qusar və Xaçmaz rayonlarından olan sakinləri qəbul edib. 

Baş prokuror Kamran Əliyevin qəbuluna gələnlər arasında Qusar şəhər sakini, "Bizim Media" informasiya portalının şimal müxbiri Aytəkin Alxaslı da olub. 
Aytəkin Alxaslı  bölgədə yaşayan media nümayəndələrinin  yerlərdə informasiya alarkən rastlaşdığı çətinlikləri Baş Prokurorun diqqətinə çatdırıb. 

O, rayon prokurorluqlarında prokuror köməkçilərinin media ilə işləmək səlahiyyətlərinin gücləndirilməsini xahiş edib: 

“Xahiş edirəm, rayon prokurorluqlarında bir nümayəndə ayrılsın ki, biz hər hansı məlumatı onunla dəqiqləşdirək". 

Baş Prokuror təklifə cavab olaraq, bölgələrdə yerləşən prokurorluq orqanlarında mətbuat əlaqələndiricisinin olması ideyasını bəyəndiyini və məsələyə baxılacağını bildirib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO