Şimal-Qərb bölgəsində qeyri-sabit hava müşahidə OLUNUR 

Şimal-Qərb bölgəsində qeyri-sabit hava müşahidə OLUNUR 

Hazırda oxunan: Şimal-Qərb bölgəsində qeyri-sabit hava müşahidə OLUNUR 

149416

Şimal-Qərb bölgəsində yenidən qeyri-sabit hava müşahidə olunur. Səhər saatlarından başlayaraq bölgənin əksər ərazilərində havanın temperaturu aşağı enib, göy guruldayır, fasilələrlə yağış yağır. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu səhərdən başlayaraq Şəki-Zaqatala rayonlarında havanın temperaturu 5-8 dərəcə aşağı enib. 

Səhər saatlarından başlayaraq göy guruldayıb, yağış müşahidə edilib. Yağış əsasən bölgənin dağlıq və dağətəyi ərazilərinə yağdığından çaylarda da sululuğun artdığını müşahidə etmək mümkündür.
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata əsasən, qeyri-sabit hava şəraiti qarşıdakı günlərdə də davam edəcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO