Qaxda 11 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Qaxda 11 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Hazırda oxunan: Qaxda 11 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

149197

Qax rayonunda 11 gün əvvəl itkin düşən İlisu kənd sakini 30 yaşlı Rəhman Sədrəddin oğlu Kamallının meyiti tapılıb. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, onun meyit İlisu-Sarıbaş yolunda, Dağküsən dağı ərazisində aşkarlanıb. 

R.Kamallının meyitini dağlıq ərazidən endirmək üçün əraziyə İlisu kənd sakinləıri, mərhumun yaxınları və müvafiq qurumların nümayəndələri gediblər. 

Xatırladaq ki, R.Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb.
İyulun 24-dən onun axtarışlarına Fövqaladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, Qax rayon Polis Şöbəsinin əməkdaşları və ərazini yaxşı bilən İlisu, Ağçay və Sarıbaş kənd sakinləri qoşulmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO