Məşhur aparıcı yeni vəzifəyə təyin EDİLDİ - FOTO 

Məşhur aparıcı yeni vəzifəyə təyin EDİLDİ - FOTO 

Hazırda oxunan: Məşhur aparıcı yeni vəzifəyə təyin EDİLDİ - FOTO 

149177

Qida Təhlükəsizliyi Agentliyinin keçmiş mətbuat katibi, məşhur aparıcı Aysel Fərziyeva yüksək vəzifəyə təyinat alıb.  

Bizim.Media xəbər verir ki, o, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Media və ictimaiyyətlə əlaqələr sahəsi üzrə 10 ildən çox təcrübəsi olan A.Fərziyeva əmək fəaliyyəti ərzində Lider TV, ATV, REAL TV və ARB 24 telekanallarında müxtəlif verilişlərin layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. 

A.Fərziyeva 2018-ci ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb və “Süfrə” elmi-kütləvi jurnalının baş redaktoru olub. 
Daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fəaliyyət göstərən A. Fərziyeva bir çox yerli və beynəlxalq şirkətlər tərəfindən təşkil edilmiş ixtisasartırma kursları və təlimlərdə uğurla iştirak edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO