Ötən gün vəfat edən Vətən müharibəsi şəhidi Orxan Çobanovun atası Zahid Çobanov bu gün Xaçmaz rayon Pirquluoba kənd qəbiristanlığında dəfn edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, oğlunun yanında torpağa tapşırılan 52 yaşlı Zahid Çobanov xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Dəfn mərasimində iştirak edən Xaçmaz rayon icra başçısı Elnur Rzayev mərhumun ailəsinə başsağlığı verib, dövlətin həmişə şəhid ailələrinin yanında olduğunu bildirib.
Qeyd edək ki, Orxan Çobanov Vətən müharibəsinin 2-ci günü - sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Orxanın bu gün 26 yaşı tamam olduğu bir gündə ata da ruhən oğluna qovuşdu.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:55 / 02.08.2023
Şəhid atası oğlunun doğum günündə TORPAĞA TAPŞIRILDI – FOTO
Hazırda oxunan: Şəhid atası oğlunun doğum günündə TORPAĞA TAPŞIRILDI – FOTO
Hazırda oxunan: Şəhid atası oğlunun doğum günündə TORPAĞA TAPŞIRILDI – FOTO
149169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.