Sürət Hüseynovun vəfatı ilə bağlı yeni TƏFƏRRÜAT

Sürət Hüseynovun vəfatı ilə bağlı yeni TƏFƏRRÜAT

Hazırda oxunan: Sürət Hüseynovun vəfatı ilə bağlı yeni TƏFƏRRÜAT

148900

İyulun 31-də səhər saatlarında İstanbul hava limanına gələn Azərbaycanın keçmiş baş naziri Sürət Hüseynov qəfil huşunu itirməsi və ürəyi dayanması səbəbindən təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyənin "cumhuriyet.com.tr" saytında yer alıb.

Mənbə yazır ki, onun ölümü ilə bağlı Medipol Mega Universitetinin Xəstəxanasından açıqlama verilib.

Açıqlamada deyilir ki, Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov İstanbul Hava Limanında qəfil huşunu itirməsi və ürəyi dayanması səbəbindən 112 Təcili Yardım Xidməti tərəfindən İstanbul Arnavutköy Dövlət Xəstəxanasına gətirilib:

"Ona lazımi müalicələr aparılıb və üçüncü dərəcəli reanimasiya şöbəsi olan Medipol Mega Universitetinin Xəstəxanasına göndərilib. Xəstəxanada ürək-ağciyər reanimasiyası aparılıb. İlk müayinədə onun huşsuz vəziyyətdə olduğu, təbii tənəffüsü və ürək döyüntüsü olmadığı məlum olub. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib, lazımi tibbi yardım göstərilib. Lakin bütün cəhdlərə baxmayaraq, onu həyata geri qaytarmaq mümkün olmayıb”.
Həyatını itirən Surət Hüseynovun meyiti Məhkəmə Tibb İnstitutuna göndərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO