İnsanlar bu əməllərilə diqqət çəkmək istəyirlər - Psixoloqdan maraqlı AÇIQLAMALAR 

İnsanlar bu əməllərilə diqqət çəkmək istəyirlər - Psixoloqdan maraqlı AÇIQLAMALAR 

Hazırda oxunan: İnsanlar bu əməllərilə diqqət çəkmək istəyirlər - Psixoloqdan maraqlı AÇIQLAMALAR 

148824

Xırdalanda yerüstü piyada keçidində bir nəfər intihara cəhd edib. Məlum olub ki, həmin şəxs ailədaxili problemlərə görə buna əl atıb.  

Bizim.Media xəbər verir ki, yayılan məlumata görə o, bir müddət əvvəl həyat yoldaşından ayrılıb və azyaşlı övladını görə bilmir . 

Polis və FHN əməkdaşları profilaktik tədbirlərlə kişini intihar etmək fikrindən daşındırıblar. 

Əvvəllər paytaxtda insanların gözü qarşısında intihara cəhd edən bir çox insan bununçün Koroğu körpüsünü seçirdi.  

Ümumiyyətlə, intihar etmək istəyən şəxs intihar edəcəyi yeri necə seçir?  

Yaşadığı ünvana yaxın bir yer seçir, yoxsa harada gəldi özünə qəsd etməyə cəhd edir?  
Əvvəlcədən intihar planı qurulurmu? 

Mövzu ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran psixoloq Gülşən Rüstəmova bildirib ki, intihar hadisəsi affekt halında baş verir: 

“İnsan bunu əvvəlcədən planlaşdırmır. Özünə qıymaq insanın meyil etdiyi şeylər, onun psixologiyası ilə sıx bağlıdır. Bura genetik faktorları da daxil etsək - əgər insanın nəslində intihar etmiş şəxs varsa, bu informasiya nəsildən nəsilə ötürülür. İntihar edən şəxs çarəsiz vəziyyətdə qalmış kəsdir. Şəxs bu duyğunun təsirilə affekt halda intihara əl atır. Amma intihara cəhd etmək isterik görüntüdür. İnsan bununla diqqət çəkmək, fikrinin ciddi olduğunu sübut etmək istəyir”. 

Psixoloq qeyd edib ki, ola bilər, şəxs müəyyən bir yer seçib intihara cəhd edir, amma bu cəhdi alınmır. Sonra gəlib yenə eyni yerdə yenidən cəhd edir.  

Bu necə baş verir?  

G.Rüstəmova bu məqama da aydınlıq gətirib: 

“Şəxs bir informasiyanı qəbul edir, bu onun beynində bir nöqtədə saxlanılır.  Növbəti dəfə yenə ağlına intihar etmək gələndə həmin innformasiya yadına düşür. Ona görə eyni yerə istiqamətlənir. İntiharın son saniyələrində insan dərk edir ki, əslində canına qıymaq istəmir. İnsanın öz bədənini, orqanizmini qorumaq kimi təbiəti var.  Nə vaxtsa həyatına son qoymaq, ruhunun bədənini tərk etməsini istəmir. İntihar edən şəxs özündə olmur. Bu, qəbul etdiyi hansısa psixotrop maddənin, içkinin və ya düşdüyü mənəvi boşluğun təsirilə baş verir. Belə olan halda sinir sistemi işləmir, insan hərəkətlərini idarə edə bilmir”.

Son olaraq G.Rüstəmova vurğulayıb ki, çarəsizliyin dərmanı intihar deyil: 

“Təəssüflər osun ki, bəzi insanların psixoloji immuniteti güclü olmadığı üçün onlar intiharı çıxış yolu kimi görür. Başqa çarələrin də olduğunu insan dərk etmir. Düşünürəm ki, maariflənməkdən başqa xilas yolu yoxdur”.       

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO