Bu bölgədə 2 gündür külək əsir, yağış yağır

Bu bölgədə 2 gündür külək əsir, yağış yağır

Hazırda oxunan: Bu bölgədə 2 gündür külək əsir, yağış yağır

148598

Ölkəmizin Şimal-Qərb rayonlarında fasilələrlə qısa müddətli külək əsir, arabir yağış yağır. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, iyulun 28-dən başlayaraq Şimal-Qərb bölgəsinə daxil olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında havanın temperaturu 5-7, bu gecə isə 10-12 dərəcə enib. 

Ötən gün bəzi ərazilərdə hava küləklə müşahidə olunub, əsasən dağlıq yaşayış məntəqələrinə fasilələrlə yağış yağıb. Müşahidə olunan külək heç bir fəsad yaratmayıb. 

Bu gecə və səhər saatlarında da bölgənin dağlıq və dağ ətəyi ərazilərində hava qeyri-sabit olaraq davam edir. Qısa fasilələrlə yağış yağıb. 

Şəki Regional Hidrometerologiya Müəssisəsindən bildirilib ki, qeyri-sabit hava şəraiti sabaha kimi davam edəcək.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO