Zaqatalada yol qəzası BAŞ VERİB: Xəsarət alanlar var 

Zaqatalada yol qəzası BAŞ VERİB: Xəsarət alanlar var 

Hazırda oxunan: Zaqatalada yol qəzası BAŞ VERİB: Xəsarət alanlar var 

148555

Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, VAZ 2106” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 16 yaşlı Sənan Mahmudov və 38 yaşlı Günel Sofiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilib. Daha sonra yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onlar müayinələrə cəlb edilib. 
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.  


Tural Rasim oğlu, Bizim.Media. Şimal-Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO