“Bakı Metropoliteni” QSC Bənövşəyi xəttin “B-04” stansiyası üçün Almaniyanın Hamburq şəhərindən 17 yeni eskalator alır.
Bizim.Media xəbər verir ki, QSC-nin nümayəndələri eskalatorları qəbul etməzdən əvvəl 3 gün ərzində qəbul-sınaq prosesində iştirak ediblər.
Bir eskalatorda aparılmış sınaqlar əsasında eskalatorların qəbulu prosesi aktlaşdırılıb.
Eskalatorların yaxın aylarda Bakıya gətirilməsi və stansiyanın inşaat işlərinin ardıcıllığına uyğun quraşdırılmasına başlanılması nəzərdə tutulub.
Qeyd edək ki, “B-04” stansiyasında dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela FT-945” tipli 19 eskalator quraşdırılacaq. Onlardan ikisi əvvəlki sifariş dövründən Bakıya gətirilib.
Bu eskalatorlar elektrik enerjisinin sərfiyyatına görə daha qənaətcil və səmərəli olmaqla, qulluğu daha asan, idarəetmə sistemləri də müasir texnologiyaların tələblərinə uyğundur. Onlar estetik görkəmi ilə də seçilir. Gətiriləcək eskalatorlarda texniki təchizat, o cümlədən idarəetməsi ilə bağlı bir sıra səmərələşdirici tətbiqlər və yeniliklər nəzərə alınıb.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:33 / 28.07.2023
Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO
Hazırda oxunan: Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO
Hazırda oxunan: Bakı metrosunda 17 yeni eskalator QURAŞDIRILACAQ – FOTO
148367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.