Ləğv edilməkdə olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı QƏRAR 

Ləğv edilməkdə olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı QƏRAR 

Hazırda oxunan: Ləğv edilməkdə olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı QƏRAR 

148122

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci və 81.3-cü maddələrinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131-ci və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb. 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmə, Mərkəzi Bank, Vəkillər Kollegiyası, Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Banklar Assosiasiyasının mütəxəssis mülahizələrini, ekspert, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. 

Qərarda deyilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir. 

“Banklar haqqında” Qanunun 81-ci, habelə İnzibati Prosessual Məcəllənin 131-ci və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır. 
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO