Tibb universitetində eyni vaxtda 12 tələbə koronavirusa yoluxub - Universitet AÇIQLADI

Tibb universitetində eyni vaxtda 12 tələbə koronavirusa yoluxub - Universitet AÇIQLADI

Hazırda oxunan: Tibb universitetində eyni vaxtda 12 tələbə koronavirusa yoluxub - Universitet AÇIQLADI

14807

Xəbər verildiyi kimi Azərbaycan Tibb Universitetində (ATU) kütləvi koronavirusa yoluxma aşkarlanıb. Universitetin Müalicə işi fakültəsinin bir neçə qrupunda müəllim və tələbələr arasında koronovariusa yoluxma hallarının aşkarlandığı barədə məlumat yayılıb. 

Bizim.Media-ya bu barədə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova 1-ci Müalicə-profilaktika fakültəsinin 6 qrupunda tələbələr arasında yoluxma olduğunu təsdiqləyib.

Onun sözlərinə görə hər qrupda bir-iki tələbə olmaqla, təxminən 12 nəfərin virusa yoluxduğu məlum olub:

“Həmin qrupların dərsləri distant təhsilə keçirilib. Digər fakültələrdə  və müəllimlər arasında yoluxma yoxdur. Binada dezinfeksiya işləri aparılır. Tələbələr binaya daxilkən mütəmadi olaraq hərarətləri ölçülür”.

Günel Aslanova onu da əlavə edib ki, universitetin IV, V və VI kurslarının dərsləri əyani keçirilir:

“Çünki onlar klinik bazalarda dərs keçirlər və xəstələrə baxırlar. Yoluxma oradan, avtobusdan, evdən də ola bilər. Konkret olaraq yoluxmanın haradan başladığını şərh edə bilmərəm.

Günümüzdə koronavirusa haradan və necə şəraitdə yoluxduğumuzu bilmirik. 6 qrupun içindəki bir neçə tələbə ilə danışdıq. Məsələn bir qrupda bir nəfər yoluxub, digərlərini yoxlayıblar təmiz çıxıb. Bu baxımdan yoluxan ola bilər ki, virusu kənardan gətirib”.

Xatırladaq ki, bundan əvvəl, yəni ötən ilin iyulunda Azərbaycan Tibb Universitetinin işçiləri arasında təxminən 60 nəfər koronavirusa yoluxmuşdu.

Yoluxma universitetin iki klinikası - Tədris Cərrahiyyə  və Tədris Terapevtik Klinikalarının əməkdaşları arasında yoluxma qeydə alınmışdı. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO