Goranboyda “VAZ” traktorla TOQQUŞDU: Xəsarət alanlar var 

Goranboyda “VAZ” traktorla TOQQUŞDU: Xəsarət alanlar var 

Hazırda oxunan: Goranboyda “VAZ” traktorla TOQQUŞDU: Xəsarət alanlar var 

147992

Goranboyda ikisi azyaşlı olmaqla 6 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobili ot daşıyan qoşqulu traktorla toqquşub.

Qəza zamanı traktor zərbədən aşıb. Nəticədə minik avtomobilində olan Şəmkir rayon sakinləri - 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO