Parklanma yerlərindən 100 metr yaxınlıqda yaşayan vətəndaşlar üçün parkinq pulsuz olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Parklanma ilə bağlı qaydalar qüvvəyə MİNDİ: Yeni QİYMƏTLƏR - FOTO
Məlumatda qeyd olunub ki, parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
Xatırladaq ki, bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.
Bakı şəhəri üzrə IV zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq. Gəncə və Sumqayıt şəhərləri üzrə isı II zonalarda nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş alınmayacaq.
Bizim.Media